Əməliyyat zamanı vəfat edən qazi Xaçmazda dəfn olundu - FOTO

Əməliyyat zamanı vəfat edən qazi Xaçmazda dəfn olundu - FOTO

Hazırda oxunan: Əməliyyat zamanı vəfat edən qazi Xaçmazda dəfn olundu - FOTO

91970

Ötən gün vəfat edən Vətən Müharibəsi qazisi, 2-ci qrup Vətən Müharibəsi əlili Ayaz Nəcəfov Xaçmaz rayonunun Xaspoladoba kənd qəbristanlığında dəfn edilib.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində qazi yoldaşları, şəhid ailələri, Xaçmaz RİH başçısının 1-ci müavini Anar Oruclu və aparat işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

MÖVZU İLƏ BAĞLI:

Vətən müharibəsi qazisi əməliyyat zamanı VƏFAT ETDİ - FOTO


Mərhum Ayaz Nəcəfov qazi və döyüşçü yoldaşları, şəhid ailələri, RİH-in Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin əməkdaşları tərəfindən böyük ehtiram və hörmətlə torpağa tapşırılıb. Ruhuna dualar oxunub.

Qeyd edək ki, 32 yaşlı Ayaz Nəcəfov Vətən Müharibəsində Şuşa istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Cəsur döyüşçü", "Vətən uğrunda" və Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdi.

Mərhum 3 uşaq atası idi. O, ötən gün M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində əməliyyat zamanı vəfat etmişdi.

Allah rəhmət eləsin!

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO