Kəndlərdə qəsdən yanğın törədən şəxs SAXLANILDI

Kəndlərdə qəsdən yanğın törədən şəxs SAXLANILDI

Hazırda oxunan: Kəndlərdə qəsdən yanğın törədən şəxs SAXLANILDI

91939

Şəki rayonunun Baş Zəyzid və Vərəzət kəndləri ərazisində ümumilikdə bir fərdi yaşayış evinin, həmin evin həyətində olan “VAZ-2106” markalı avtomobilin,eləcə də iki tövlənin yanması barədə Şəki Şəhər-Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, məlumat daxil olan kimi dərhal polis şöbəsinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerlərinə cəlb edilib, yanğının ətrafa yayılmasının qarşısı alınıb.

Hadisə zamanı ev sakinləri olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, tövlələrdə olan ümumilikdə 7 baş iribuynuzlu mal-qara tələf olub, eləcə də 1 400 ot bağlaması yanıb.

İlkin araşdırmalar zamanı yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis və prokurorluq əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rahib Tağıyev saxlanılıb. O, ifadəsində əməlini etiraf edib.

Hazırda faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO