Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Polşanın müvafiq qurumları arasında əlaqələrin qurulması, iş adamları arasında biznes forum və işgüzar görüşlərin təşkili üçün geniş imkanlar mövcuddur.
Bizim.Media İqtisadiyyat Nazirliyindən verilən məlumata istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Polşanın Azərbaycandakı səfiri Rafal Poborski ilə görüşündə bildirilib.
Qeyd edilib ki, Azərbaycan və Polşanın nəqliyyat-tranzit, işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması, sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında həyata keçirilən layihələrdə Polşa şirkətlərinin iştirakı, rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlıq üçün də geniş imkanlar mövcuddur.
Görüşdə ölkələr arasında enerji, ticarət, qarşılıqlı investisiyalar, startaplar, biznes missiyaların təşkili və s. sahələrdə, həmçinin Tvinninq layihələri çərçivəsində əlaqələr vuğulanıb, tərəfdaşlığın genişləndirilməsi persperktivləri qeyd edilib.
Tərəflər iqtisadi-ticarət əlaqələrinin hazırkı vəziyyəti və genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:52 / 03.09.2022
Daha bir Avropa ölkəsinin mütəxəssisləri Qarabağa GƏLİR
Hazırda oxunan: Daha bir Avropa ölkəsinin mütəxəssisləri Qarabağa GƏLİR
Hazırda oxunan: Daha bir Avropa ölkəsinin mütəxəssisləri Qarabağa GƏLİR
91856
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.