Şəhid bacısının rəhbərlik edəcəyi fond yaradılır

Şəhid bacısının rəhbərlik edəcəyi fond yaradılır

Hazırda oxunan: Şəhid bacısının rəhbərlik edəcəyi fond yaradılır

9185

Azərbaycan kitabxana sistemində ilk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasında “Qarabağ Qəhrəmanları” fondu yaradılacaq.

Bizim.Media xəbər verir ki, Bu barədə Mərkəzi Elmi Kitabxana məlumat yayıb.

Bildirilib ki, fondda bu günə kimi Birinci və İkinci Qarabağ Müharibəsinə həsr olunmuş, münaqişə müddətində yazılan kitablar, məqalələr, müsahibələr, fotolar, televiziya verilişləri, sənədli və bədii filmlər toplanılacaq.

Həmçinin gələcəkdə də bu mövzuya həsr olunacaq nəşrlər fonda daxil edilərək oxucuların istifadəsinə veriləcək. 

Fondun yaradılmasında əsas məqsəd 30 ilə yaxın davam etmiş Qarabağ münaqişəsinə həsr edilən sənədləri sistemli şəkildə toplayaraq mühafizə etməkdir. 

Qeyd edilib ki, yeni yaradılacaq fonda Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun polkovniki Babək Səmidlinin bacısı, MEK-in əməkdaşı Röksanə Səfərzadə rəhbərlik edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO