Samuxda REYD: 47 sürücü cərimə olundu

Samuxda REYD: 47 sürücü cərimə olundu

Hazırda oxunan: Samuxda REYD: 47 sürücü cərimə olundu

91830

Samuxda “Təmiz hava” aylığı çərçivəsində aparılan monitorinqdə avtomobili nasaz vəziyyətdə idarə edən 47 sürücü cərimə olunub.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumat verir ki, Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə profilaktiki tədbirlər həyata keçirilib.

Bu cür tədbirlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Reydlər zamanı polis əməkdaşları avtomobillərində nasazlıq olan sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan nəqliyyat vasitələrinin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.
Araşdırmalar zamanı bu və digər qayda pozuntusuna yol vermiş 47 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO