Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi ilə bağlı RƏSMİ AÇIQLAMA 

91820

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi davam edir.

Bizim.Media Dövlət İmtahan Mərkəzindən verilən məlumata istinadən xəbər verir ki, ixtisas seçimi sentyabrın 7-dək aparılacaq.

Bu gün saat 09:55-dək olan məlumata görə, ümumilikdə 2177 ərizə təsdiq edilib. Bu ərizələrdən 1883-ü 11 illik təhsil bazasında kolleclərə aiddir.
Ali məktəblərə qəbul olmuş abituriyentlərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO