Ermənilər hərbi maşınlarımıza ATƏŞ AÇDI - ORDUMUZDAN CAVAB TƏDBİRLƏRİ

Ermənilər hərbi maşınlarımıza ATƏŞ AÇDI - ORDUMUZDAN CAVAB TƏDBİRLƏRİ

Hazırda oxunan: Ermənilər hərbi maşınlarımıza ATƏŞ AÇDI - ORDUMUZDAN CAVAB TƏDBİRLƏRİ

91777

Sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib.

Hərbi qulluqçularımız arasında itki yoxdur.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO