Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.
Qərara əsasən, Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, general-mayor Bəkir Orucovun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia olunur. General-mayor bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:43 / 02.09.2022
General-mayor Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi
Hazırda oxunan: General-mayor Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi
Hazırda oxunan: General-mayor Bəkir Orucov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçildi
91748
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.