General nazirliyi MƏHKƏMƏYƏ VERDİ  

General nazirliyi MƏHKƏMƏYƏ VERDİ  

Hazırda oxunan: General nazirliyi MƏHKƏMƏYƏ VERDİ  

91729

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin sabiq rəisi, üçüncü dərəcəli ədliyyə müşaviri (general-mayor) Nazir Bayramov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini məhkəməyə verib. 

Bizim.Media xəbər verir ki, buna səbəb sabiq rəisin pensiyasının az hesablanmasıdır. 

Lent.az-ın əldə etdiyi məlumata görə, pensiyasının az hesablanmasından şikayət edən N.Bayramov ƏƏSMN barəsində Bakı İnzibati Məhkəməsinə iddia qaldırıb.  

O, iddiasında prokurorluq orqanlarında qulluq keçmə haqqında qanunları əsas gətirərək pensiyasının düzgün hesablanmasını və artırılmasını tələb edib. 
İyunun 28-də həmin məhkəmədə generalın iddiası qismən təmin edilib. Lakin ƏƏSMN bu qərarla razılaşmayıb. Nazirlik buna görə də, avqustun 26-da həmin qərardan apellyasiya şikayəti verib. 

Hazırda iş Bakı Apellyasiya Məhkəməsində araşdırılır. 

Qeyd edək ki, general-mayor Nazir Bayramov 2021-ci ilədək Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO