Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.
Bizim.Media xəbər verir ki, razılıq Prezident İlham Əliyevin sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşündə əldə edilib.
Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bizim.Media
![Səudiyyə Ərəbistanının iş adamları Qarabağa səfər edəcək Səudiyyə Ərəbistanının iş adamları Qarabağa səfər edəcək](https://bizim.media/file/articles/2022/09/02/1662113794_5.jpg)
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 02.09.2022
Səudiyyə Ərəbistanının iş adamları Qarabağa səfər edəcək
Hazırda oxunan: Səudiyyə Ərəbistanının iş adamları Qarabağa səfər edəcək
Hazırda oxunan: Səudiyyə Ərəbistanının iş adamları Qarabağa səfər edəcək
91716
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.