Paytaxtda dəhşətli QƏTL - Qadın ərini bıçaqladı

Paytaxtda dəhşətli QƏTL - Qadın ərini bıçaqladı

Hazırda oxunan: Paytaxtda dəhşətli QƏTL - Qadın ərini bıçaqladı

91700

Bakıda qadın ərini qətlə yetirib. 

Bu barədə Bizim.Media-ya Xətai Rayon Prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, sentyabrın 2-si saat 12 radələrində 1974-cü il təvəllüdlü Nurani Qalabəylinin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Aparılan araşdırmalarla zərərçəkmişin arvadı, 1987-ci il təvəllüdlü Əfsanə Qalabəylinin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nurani Qalabəylini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Əfsanə Qalabəyli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 
İş üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO