Bərdədə zorakılığa məruz qalan 15 yaşlı qızın nənə-babasına HÜCUM EDİLİB – VİDEO  

Bərdədə zorakılığa məruz qalan 15 yaşlı qızın nənə-babasına HÜCUM EDİLİB – VİDEO  

Hazırda oxunan: Bərdədə zorakılığa məruz qalan 15 yaşlı qızın nənə-babasına HÜCUM EDİLİB – VİDEO  

91673

Bərdə rayonunun Kətəlparaq kəndində 15 yaşlı qızın bir neçə şəxsin seksual xarakterli zorakılığına məruz qalması ilə bağlı yaranmış gərginlik davam edir. 

Bizim.Media musavat.com-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl yeniyetmə qıza təcavüz etdiyi bildirilən şəxslərdən birinin ailəsi qızın nənə-babasına hücum edib.  

Zərərçəkmiş qızın babası Seyfi İbrahimov aldığı xəsarətləri göstərərək bildirib ki, bu çirkin əməldə günahlandırılan şəxslər onun gəlininin qohumlarıdır:  

“Oğlum Eldar vəfat edəndən sonra onun 3 qızını saxlamışıq, onlar mənə oğlumun əmanətidir. 4-5 müəllim yanına gedir, çox yaxşı oxuyur, 9-cu sinfi bitirəndə 116 bal toplayıb. Xahiş edirəm, bu hadisəyə qanuni şəkildə baxılsın, onlar cəzalarını alsınlar”. 

Zərərçəkmiş qızın nənəsi isə bildirib ki, hadisəyə görə bütün kənd ayağa qalxıb:  

“Uşağı ona görə böyütməmişik ki, səviyyəsiz alçaqlar belə etsin. Bizim uşağımız küçə uşağı olmayıb, nəzarətsiz olmayıb ki... Necə olub ki, uşağı bu vəziyyətə çatdırıblar?!” 
Qeyd edək ki, 15 yaşlı qızın seksual xarakterli zorakılığa məruz qalması və videosunun çəkilərək yayılması o, hazırlığa getdiyi müddət baş verib. Qıza qarşı zorakılıq edib video çəkdiyi və videonu yaydığı bildirilən 4 nəfərdən 3-ü həbs edilib. Daha bir şəxs isə 18 yaşına çatmadığına görə ailəsinin nəzarətinə verilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO