Polis evimizdə: “DİN-lə vətəndaşın ünsiyyəti daha əlçatan olacaq” - EKSPERT

Polis evimizdə: “DİN-lə vətəndaşın ünsiyyəti daha əlçatan olacaq” - EKSPERT

Hazırda oxunan: Polis evimizdə: “DİN-lə vətəndaşın ünsiyyəti daha əlçatan olacaq” - EKSPERT

9167

“Daxili İşlər Nazirliyinin “Telegram” kanalında açıq platforma yaratması çox gözəl və bəlkə də MDB ölkələrində ilk təşəbbüsdür. İnanmıram ki, MDB və ya qeyri-ölkələr bu formanı tətbiq etsinlər. Etməyiblərsə, Azərbaycanın ilk addımını yüksək qiymətləndirmək lazımdır. Etiraf etmək, yaxşıya yaxşı, pisə-pis demək lazımdır”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev Daxili İşlər Nazirliyinin "Telegram" kanalında açıq platforma yaratmasının üstünlüklərindən danışarkən deyib. 

Onun sözlərinə görə, Vilayət Eyvazov nazir vəzifəsinə gələndən sonra Daxili İşlər Nazirliyinin mərkəzi aparatında və yerli orqanlarında kifayət qədər irəliləyişlər olub:

“İstər şəxsi heyətin vətəndaşlarla münasibətində, istər cinayətkarlığa qarşı mübarizədə, istərsə də ictimai asayişin qorunmasında xeyli uğurlar əldə olunub. İndi bu təşəbbüsün özü müsbət haldır. Əvvəllər insanlar DİN-ə qəbula düşmək və ya  ərizə ilə müraciət etmək üçün zaman itirirdilər. Bəzən bir müraciətin və ya şikayətin göndərilməsi, bir dəqiqəlik cavab almaq üçün iki-üç dəfə quruma üz tutmaq  üçün vətəndaşın həm zamanı, həm də problemi uzanırdı".

"Pandemiya başlayandan sonra daxili işlər orqanlarında və idarələrində vətəndaşlarla qəbul saatları ya dəyişdirildi, ya da qismən təxirə salındı. Bu, vətəndaşların şikayət və müraciətlərinin çatdırılmasını daha da çətinləşdirdi".

"İndi qurumla vətəndaş arasındakı ünsiyyət daha əlçatan olacaq. Keçmiş polis kimi bu addımı alqışlayıram”, - deyə Mahmud Hacıyev əlavə edib. 

Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) "Facebook", "İnstagram", "Tvitter", "Youtube" sosial şəbəkələri ilə yanaşı "Telegram" kanalında açıq platforma yaradıb. "Teleqram" kanalında daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı paylaşımlar edilir, suallar cavablandırılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO