Quba rayonunın ucqar Buduq kəndində səyyar qəbul keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba İH-nin başçısı Ziyəddin Əliyev rayon mərkəzindən 35 km aralıda yerləşən Buduq kəndinin sakinləri ilə görüşüb.
Görüşdə DTX-nin Quba rayon şöbəsinin rəisi, hüquq-mühafizə orqanlarının rəhbərləri, ayrı-ayrı təşkilat və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən Buduq kəndinin sakinləri rayon rəhbərinə yol, elektrik enerjisi və işsizlik problemlərini çatdırıblar.
Z.Əliyev səslənən problemlərin həlli üçün respublikanın əlaqədar təşkilatları qarşısında məsələ qaldıracağını deyib.
Sonra rayon rəhbərliyi və digər rəsmilər kənd sakinləri ilə birgə Birinci Qarabağ şəhidi Qalib Əliyevin Buduq kənd ibtidai məktəbinin qarşısında qoyulmuş büstünü ziyarət ediblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
17:59 / 01.09.2022
Qubanın ucqar kəndində vətəndaş qəbulu keçirilib – FOTO
Hazırda oxunan: Qubanın ucqar kəndində vətəndaş qəbulu keçirilib – FOTO
Hazırda oxunan: Qubanın ucqar kəndində vətəndaş qəbulu keçirilib – FOTO
91591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.