İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI 

İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI 

Hazırda oxunan: İcra başçısı kimi 15 ildən çox stajı olan məmurlar – SİYAHI 

91578

Ölkəmizdə fəaliyyəti ən çox tənqid olunan idarəetmə institutları, yəqin ki, icra hakimiyyətləridir. Aparılan sosial sorğular da insanların bu təsisatlara inamının aşağı olduğunu sübuta yetirir.

Xüsusən də, son illər ərzində qanunsuz əməlləri ucbatından xeyli sayda icra başçısının xidməti otağının həbsxana kamerasıyla əvəzlənməsi bu tənqidləri daha da artırıb.

Azərbaycanda bəzi icra hakimiyyəti rəhbərləri də var ki, uzun illərdir eyni vəzifəni icra edirlər. Doğrudur, onlardan bəziləri zaman-zaman fərqli rayonlara təyinat alıblar. 

Lakin Bizim.Media-nın araşdırmasına görə, uzun illərdir icra başçısı vəzifəsini daşıyan məmurlar da var. Onlardan iyirmisinin icra başçısı kimi stajı isə 15 ildən artıqdır.

Həmin icra başçılarının adlarını təqdim edirik:

Eyvaz Hüseynov - Xocavənd rayonunun icra hakimi olan E. Hüseynov 1992-ci ildən bu vəzifəni icra edir və artıq 30 ildir ki, rayonun 1-ci şəxsidir.  

Adil Məmmədov – Onun icra başçısı kimi 28 illik stajı var. A. Məmmədov 2011-ci ilin aprelindən Qobustanın icra başçısıdır. O, 1994-2002-ci illərdə Oğuz, 2002-04-cü illərdə Qəbələ, 2004-11-ci illərdə Biləsuvar rayonlarına rəhbərlik edib.

Taleh Qaraşov – 26 ildir ki, müxtəlif rayonlara rəhbərlik edir. 2012-ci ildən bəri Lənkəranın icra başçısı olan Qaraşov 1996-2002-ci illərdə Kürdəmir, 2002-06-cı illərdə Cəlilabad, 2006-11-ci illərdə Neftçala, sonrakı bir ildə isə Astaraya rəhbərlik edib.

Abdin Fərzəliyev – 2022-ci ili yanvarından etibarən Abşeron rayonunun icra başçısıdır. Daha əvvəl isə o, 2003-2005-ci illərdə Nizami, 2005-2022-ci illərdə isə Nərimanov rayonunda eyni vəzifədə olub.

Novruz Novruzov – 1995-ci ildən bu günə qədər 4 fərqli rayona başçılıq edib. O, 1995-2002-ci illərdə Lerik, 2002-2007-ci illərdə Goranboy, 2007-2019-cu illərdə Şabran, 2019-cu ildən etibarənsə Siyəzən rayonun icra başçısı kimi çalışıb.

Tofiq İbrahimov – İcra başçısı kimi 18 illik stajı olan T.İbrahimov 2004-2010-cu illərdə Qəbələ, 2010-12-ci illərdə Lənkəran rayonlarına başçılıq edib. 2012-ci ildən etibarən Ağdaş rayonunun icra başçısı vəzifəsindədir.

Rövşən Bağırov – 2007-2021-ci illərdə Lerikin icra hakimi olub. Ötən ilin aprelindən etibarən Ağsu rayonuna rəhbərlik edir.

Qəzənfər Ağayev – İcra başçısı kimi 16 ildir çalışır. 2006-ci ildə bir neçə ay müddətinə Yardımlıda, 2006-2012-ci illərdə isə Masallı rayonunda icra hakimiyyətinə başçılıq edib. Həmin vaxtdan etibarənsə Astaranın icra başçısıdır.

Vidadi İsayev -  2011-ci ildən Bərdə rayonunun icra başçısı olan V. İsayevin icra başçılıq təcrübəsi isə 17 ildir. O daha əvvəl 2005-11-ci illərdə Tərtərə rəhbərlik edib.

Xəzər Aslanov – 2012-ci ildə Xızı rayonunun icra başçısıdır. O, daha əvvəl 2006-12-ci illərdə Yardımlı rayonunda eyni vəzifəni tutub.

Şahmar Usubov – 2000-ci ildən etibarən, artıq 22 ildir ki, Xocalı rayonunun icra başçısıdır.

Malik İsaqov -2001-ci ildən etibarən, artıq 21 ildir ki Qubadlı rayonunun icra başçısıdır.

Şair Alxasov – Qusar rayonuna 15 ilə yaxındır rəhbərlik edir. 2007-cilin dekabrından bu vəzifədədir.

Alı Qocayev – 10 ildir ki, Samux rayonuna rəhbərlik edir. Daha əvvəl isə 7 il müddətində (2005-12-ci illərdə) Binəqədinin icra hakimi olub.

Elxan Usubov – 2011-ci ildən Şəkinin icra başçısı olan Usubov, bundan əvvəlki 4 il ərzində Ağstafa rayonuna rəhbərlik edib.

Mübariz Əhmədzadə - 2009-cu ilin sentyabrından etibarən Zaqatala rayonunun icra başçısıdır. O, 2007-2009-cu illərdə Qaxda eyni vəzifəni icra edib.

Mərdan Camalov – 2005-2019-cu illərdə Şirvan şəhərinin icra başçısı olub. 2019-cu ilin noyabrından bəri isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.

Süleyman Mikayılov – Bakının Qaradağ rayonuna 2010-cu ildən bəri rəhbərlik edir. Daha əvvəl 2005-ci ildə Yardımlı, 2005-10-cu illərdə isə Lənkəran rayonunda eyni vəzifədə çalışıb.

Asif Əsgərov – 2015-ci ildən bəri Nəsimi rayonunun icra başçısıdır. O, 2006-2009-cu illərdə Zaqatala, 2009-15-ci illərdə isə Səbail rayonunda icra hakimiyyətinə rəhbərlik edib.

Əziz Əzizov – 2006-18-ci illərdə Cəlilabad rayonuna, 2018-19-cu illərdə isə Yasamal rayonuna rəhbərlik edib. Həmin ilin noyabrından bəri isə Suraxanının icra başçısıdır.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO