Azərbaycanın tanınmış neftçi alimi vəfat etdi

Azərbaycanın tanınmış neftçi alimi vəfat etdi

Hazırda oxunan: Azərbaycanın tanınmış neftçi alimi vəfat etdi

91512

Texnika elmləri doktoru, neftçi alim, professor Zahid Əliyev 87 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya sosial şəbəkədə yayılıb.

Mənbə xatırladır ki, Əliyev Zahid Səməd oğlu 1935-ci ildə Şəmkir rayonunun Zəyəm kəndində anadan olub. 1957-ci ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə AzSi-nun neft-mədən fakültəsini fərqlənmə ilə bitirərək, Azərbaycanın EA sisteminə göndərilib.

O, burada 1959-cu ilə qədər kiçik elmi işçi vəzifəsində işləyib. 1959-1964-cü illərdə - ÜETQİ-da aspirant olmuşdur. 1964-cü ildə "Lay təzyiqini saxlamadan qaz-kondensat yataqlarının işlənilməsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1961-1979-cu illərdə ÜETİQİ-da böyük elmi işçi vəzidəsində işləmişdir. 1965-1973-cü illərdə Çiren və Novo-Oryaxovo (Bolqarıstan) yataqları layihələrinin baş mühəndisi və Zalsvedel-Pakenzen (Almaniya) qaz yatağının işlənilməsi üzrə baş məsləhətçi işləyib.

1979-cu ildən akad. İ.M.Qubkin adına MNK və QSİ-da (Moskva ş.) pedaqoji fəaliyyətə başlayıb. 1984-cü ildə "Qaz və qaz-kondensat quyularının istismarı zamanı ilkin məlumatların əldə edilməsinin qazohidrodinamiki üsullarının işlənilməsi və tətbiqi və texnoloji rejimin əsaslandırılması" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

O, 1987-ci ildən indiyə qədər akad. İ.M.Qubkin adına Rusiya Dövlət neft və qaz universitetinin professoru vəzifəsində işləyib.

Zahid Əliyev Oksford Universiteti tərəfindən ötən əsrin 100 adamı elan edilən şəxslərdən biri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO