İƏT rəsmisi qazax gənclərlə elektron təhlükəsizliklə bağlı təcrübələrini bölüşüb - FOTO

İƏT rəsmisi qazax gənclərlə elektron təhlükəsizliklə bağlı təcrübələrini bölüşüb - FOTO

Hazırda oxunan: İƏT rəsmisi qazax gənclərlə elektron təhlükəsizliklə bağlı təcrübələrini bölüşüb - FOTO

91490

Ötən gün Qazaxıstanın aparıcı partiyası olan “Amanat”ın gənclər qanadı olan “Jastar Ruhı”nın (Gənclər Ruhu) təşkilatçılığı ilə “Gənclər və uşaqlar arasında internet, youtube və internet oyunlarından asılılığa qarşı tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi” beynəlxalq proqramının açılışı olub.

Bizim.Media xəbər verir ki, “Jastar Ruhı” gənclər qanadının rəhbəri Nurjan Jetpisbayev çıxışında bildirib ki, onlayn meydançanın yaradılmasının əsas məqsədi internetdən asılılıq, kiberbullinq və ludomaniya (internet oyunlarından asılılıq) ilə mübarizədə təcrübə mübadiləsinə və xarici ölkələrdə olan təcrübənin tətbiq olunmasıdır.

Mərasimdə onlayn formatda çıxış edən İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin direktor vəzifələrini icra edən Vüsal Qurbanov tədbirin vacibliyindən bəhs edərək deyib:

“Gənclər arasında mobil telefonların yayılması, həm də təhqir dolu mesajların, şəxsi məlumatların oğurlanması sosial təcridə aparır ki, əvvəllər belə şeylərə az rast gəlinirdi. Kiberbullinq elektron təhlükəsizliyin əsaslarının yaradılması, cəmiyyətin maarifləndirilməsini tələb edir. Bu səbəbdən hesab edirəm ki, biz bu məsələyə daha geniş aspektdə yanaşmalıyıq”. 
Tədbirdə təbrik nitqləri ilə Yeniyetmələrə hüquqi dəstək və tədqiqatlar üzrə Pekin Mərkəzinin direktor vəzifələrini icra edən Yuy Syukun, Qazaxıstan “Vətəndaş təşəbbüslərinə dəstək Mərkəzinin” layihələrinin idarə edilməsi departamentinin rəhbəri Erken Rəşidov, Tatarıstanın “Selet” Gənclər Təşkilatının media mərkəzinin rəhbəri Alsu Qaneyeva və başqaları çıxış ediblər.

Bu layihə çərçivəsində gənclər arasında internetdən asılılığı  aradan qaldırmaq üçün «GalamTOP» onlayn kursları keçirilir, indiyə qədər uyğun sahələrdə 32 fokus-qrup debatları baş tutub.

Qeyd etmək lazımdır ki, İƏT Gənclər Forumu ARM artıq neçə ildir ki, “Jastar Ruhı” ilə Avrasiya məkanında gənclərin inkişafına yönələn müxtəlif layihələr çərçivəsində uğurla əməkdaşlıq edir.

Bizim.Media  







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO