Oğlanların sayı qızları üstələdi

Oğlanların sayı qızları üstələdi

Hazırda oxunan: Oğlanların sayı qızları üstələdi

9147

Ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 116 454 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,7 təşkil edib.

Doğulanların 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3106-sı əkiz, 117-si üçəm, 4-ü isə dördəm doğulanlardır.

2020-ci ilin yanvar-noyabr aylarında ölkədə 61 147 ölüm halı qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO