Şəkidə sərxoş halda avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Şəkidə sərxoş halda avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

Hazırda oxunan: Şəkidə sərxoş halda avtoxuliqanlıq edən şəxs saxlanıldı - FOTO

91432

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən nəzarət-yoxlama tədbirləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, növbəti reyd zamanı nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edərək digərlərinə də təhlükə yaradan sürücü saxlanılıb.

“VAZ-2107” markalı avtomobilin sürücüsü, Şəki şəhər sakini Asif Məmmədov yol-hərəkəti qaydalarını pozduğu üçün inspektor tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı həmin şəxsin sərxoş olduğu aşkarlanıb.
Həmçinin, öz əməlinə haqq qazandırmaq üçün polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan sürücü xırda xuliqanlıq hərəkətlərinə yol verib. 

Asif Məmmədov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 10 sutka inzibati həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO