Azərbaycanın ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin sayı açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) Bizim.Media-ya verilən məlumata görə, müsabiqədə 66 724 nəfər iştirak edib.
MÖVZU İLƏ BAĞLI:
Qəbul imtahanlarının NƏTİCƏLƏRİ AÇIQLANDI
Onlardan 48 841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23 044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Bizim.Media