Məktəb yarmarkalarındakı QİYMƏTLƏR - VİDEO 

Məktəb yarmarkalarındakı QİYMƏTLƏR - VİDEO 

Hazırda oxunan: Məktəb yarmarkalarındakı QİYMƏTLƏR - VİDEO 

91360

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Bununla əlaqədar Bakı şəhərində ənənəvi olaraq məktəb və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyət göstərir. Yarmarkalar Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən vətəndaşların alış-verişi üçün əlverişli olan yerlərdə - metro stansiyalarının yaxınlığında quraşdırılıb. 

Bizim.Media xəbər verir ki, “azertag.az”ın əməkdaşları metronun “28 May” stansiyasının yaxınlığında yerləşən belə çadırlara baş çəkib.  

Burada məktəblilər üçün lazım olan bütün ləvazimatlar məktəb ləvazimatlarının satıldığı mağazalarla müqayisədə nisbətən ucuzdur. 

Satıcı Xəzər Bağırov yarmarkalara daha çox ucuz məktəbli ləvazimatları çıxardığını söyləyib:  

“Ən ucuz qələmin qiyməti 10 qəpikdir. Ümumiyyətlə, qələmlərin qiyməti – 60 qəpiyə qədər dəyişir. Dəftərlərin qiyməti isə 25 qəpikdən - 1 manat 50 qəpiyə qədərdir. Pozanlar 20-70 qəpik arası, su qabları 7 manatdan – 15 manatadəkdir. Məktəblinin ən vacib ləvazimatı olan məktəbli çantası isə 10 manatdan başlayır. Qiymətlər 60 manatadək dəyişir. İçərisi ləvazimatlarla dolu məktəbli çantası 100-150 manatdır”. 

Övladının məktəbə ilk dəfə qədəm qoyacağı günü səbirsizliklə gözləyən valideynin həyəcanı gözümüzdən qaçmır. “Qızım birinci sinfə gedəcək. Onun üçün çanta, gündəlik, dəftər-qələm, su qabı, rəngli karandaşlar və albom – nə lazımdırsa aldım. Qiymətlər qənaətbəxşdir”, - deyə Günay Baxşəliyeva bildirib. 

Beşinci sinfə getməyə hazırlaşan Həsən Sultanov isə məktəbə tam hazırdır:

“Bu gün anam mənim üçün çanta, qələm qabı, dəftər və dəftər üzlükləri aldı. Sentyabrın 15-nə tam hazıram”. 

Qeyd edək ki, çadır tipli yarmarkalar sentyabrın 25-dək fəaliyyət göstərəcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO