Minadan həlak olan DİNAYA heykəl qoyulsun – Qələbəmiz bizə hekayələri ilə DOĞMADIR 

Minadan həlak olan DİNAYA heykəl qoyulsun – Qələbəmiz bizə hekayələri ilə DOĞMADIR 

Hazırda oxunan: Minadan həlak olan DİNAYA heykəl qoyulsun – Qələbəmiz bizə hekayələri ilə DOĞMADIR 

91344

Qarabağ 30 illik tapdaqdan azad edilsə də, torpaqlarımız hələ də bağrına sancılan minalardan tam qurtula bilməyib. 2 ilə yaxındır bu istiqamətdə minatəmizləyənlərimiz ölüm təhlükəsilə gecə-gündüz çalışırlar. 

Bəzən də ölüm təhlükəsi reallığa çevrilir, manşetlərdə gördüyümüz mina təmizləyərkən canlarından olan şəxslər hər birimizi kədərə boğur.

Ötən gün Qubadlı rayonunda mina bəlası daha bir can aldı. Canından olan isə minatəmizləmə əməliyyatlarında iştirak edən Dina idi, Belçika malinuası cinsindən it...

Tarix boyu insanın ən sadiq dostu olan bu heyvanlar müxtəlif məqsədlər üçün istifadə olunublar. Ermənilərin torpağımıza səpələdiyi “əzrail”lərlə mübarizədə də bu vəfalı heyvanlar minatəmizləyənlərimizin imdadına yetdi.
 

MÖVZU İLƏ BAĞLI:

Hikmət Hacıyevdən "Dina" adlı itin ölümü ilə bağlı PAYLAŞIM


Dinanın ölümünü insanlar üçün daha da kədərli edənsə onun sahibini, təhlükəsizliyimiz üçün səfərbər olan şəxsi xilas edərkən həyatından olması idi. Bəli, mina yenə də can almaqla qalmadı, canları yandırmağı da bacardı, bir az kədərdən, az bir az da paxıllıqdan. Kim bu cür sadiq dostunun olmasını istəməzdi ki?

Tarixdə bir çox köpəklər fəaliyyətlərinə görə ölkələrinin qəhrəmanına çevriliblər. Onların xatirəsinə abidələr ucaldılıb, filmlər çəkilib, kitablar yazılıb. Ən primitiv nümunə kimi, 1966-cı ildə İngiltərədə itmiş Dünya Çempionatı kubokunu tapan Pikls adlı iti göstərə bilərik. Pikls cansız bir mükafatı taparaq, qəhrəmana çevrildi, 

Dina isə həyat qurtardı, təkcə sahibinin yox, aşkar etdiyi minalarla sənin, mənim bəlkə də başqa birimizin...
 

Ona görə də, ictimaiyyətin əksəriyyəti Dinanın adının əbədiləşdirilməsi məsələsində həmfikirdir. Hər birimiz qəbul edək ki, Dina kiçik bir abidə ya da ən azı bir xatirə löhvəsinə adının yazılmasına layiqdir, məncə, hətta daha çoxuna.


Bu həm də çoxlarına nümunə də ola bilər...  Sadiqliyin, fədakarlığın necə bir dəyər olduğunu bir daha hər birimizə xatırlatmış olardı...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO