Gəncədə qumbara alışdırıcısı partladı - Xəsarət alan var

Gəncədə qumbara alışdırıcısı partladı - Xəsarət alan var

Hazırda oxunan: Gəncədə qumbara alışdırıcısı partladı - Xəsarət alan var

91276

Gəncədə qumbara alışdırıcısının partlaması nəticəsində 52 yaşlı qadın xəstəxanalıq olub. 

Məlumatı Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov təsdiqləyib. 

Onun sözlərinə görə, hadisə şəhərin Cavad Xan küçəsində baş verib. 15 yaşlı oğlan yaşadığı evin yaxınlığındakı zibil qabının ətrafında qumbara alışdırıcısı tapıb.

Yeniyetmə ona toxunan zaman partlayış baş verib. Bu vaxt həmin ərazidən keçən 1970-ci il təvəllüdlü N.Mustafayeva aşağı ətraflarından, sol qolundan və üz nahiyəsindən müxtəlif yaralar alıb. Qadın xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO