Azərbaycanda istirahət mərkəzində partlayış - YARALILAR VAR

Azərbaycanda istirahət mərkəzində partlayış - YARALILAR VAR

Hazırda oxunan: Azərbaycanda istirahət mərkəzində partlayış - YARALILAR VAR

91225

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media FHN-nə istinadən xəbər verir ki, nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb.

Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO