Rusiyanın turist axınından Azərbaycan niyə istifadə edə bilmir? – Əsas SƏBƏB 

Rusiyanın turist axınından Azərbaycan niyə istifadə edə bilmir? – Əsas SƏBƏB 

Hazırda oxunan: Rusiyanın turist axınından Azərbaycan niyə istifadə edə bilmir? – Əsas SƏBƏB 

91184

Avropa Birliyi Rusiya vətəndaşlarına viza verilməsini tamamilə qadağan etməyə hazırlaşır. Onsuz da qeyri-rəsmi anlaşmalar əsasında Rusiya vətəndaşlarına Şengen vizalarının verilməsi 10 dəfə azaldılıb. AB dövlətlərinin rəhbərləri ictimaiyyətə açıqlamalarında qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin hələ də davam etməsində sadə ruslar da günahkardırlar. Onlar Putinə və Kremlin təcavüzkar siyasətinə qarşı ayağa qalxmırlar, etiraz etmirlər və bununla da işğalı dəstəkləmiş olurlar. 

Qeyd edək ki, Qərb Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq edib. İndi isə qadağalara biri də əlavə olunmaqdadır -  rus xalqının Avropaya girişi yasaqlanacaq.

Aydın məsələdir ki, Qərbə yolları bağlanan Rusiya turistləri bu fonda başqa istiqamətlərə getməyə üstünlük verəcəklər. Mövcud vəziyyətdən rus turistlərini ölkəmizə cəlb etmək üçün Azərbaycan da istifadə etməlidir. Amma bunun üçün Azərbaycanda müəyyən təşviqedici addımlar atılmalıdır ki, şimaldan gələn turist istirahət üçün digər qonşu ölkələri deyil, məhz Azərbaycanı seçsin. 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı Akif Nəsirli düşünür ki, Avropaya yolları bağlanan rus turistlərinin Azərbaycana gəlişini stimullaşdırmaq üçün birinci növbədə quru sərhədləri açılmalıdır:

“Hazırda Qafqaza turist axını kifayət qədər çoxdur. Aİ-nin Rusiya vətəndaşları üçün viza rejimini məhdudlaşdırmasına qədər də Gürcüstan və Ermənistana bu ölkədən kifayət qədər turist axın edib. Hər ay təxminən 700-800 min turist Gürcüstana, 600-700 min insan isə Ermənistana səfər edib. Rus turistləri, eləcə də digərlərinin Ermənistanla Gürcüstana üstünlük verməsinin əsas səbəbi Azərbaycanın quru sərhədlərinin bağlı olması ilə bağlıdır. Məhz quru sərhədlərinin bağlı və təyyarə biletlərinin baha olması üzündən turistlər Azərbaycanı deyil, digər istiqamətləri seçməyə üstünlük verir”. 

Həmçinin, həmsöhbətimizə görə, turizm sektorunda mövcud olan ənənəvi problemləri, qiymətlərin baha, xidmət keyfiyyətinin aşağı olması ilə yanaşı, monopoliyanın olması kimi problemlər də aradan qaldırılmalıdır. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO