“Haqqınızı halal edin” - Həmid Qaradəniz Azərbaycan mediası ilə vidalaşdı

“Haqqınızı halal edin” - Həmid Qaradəniz Azərbaycan mediası ilə vidalaşdı

Hazırda oxunan: “Haqqınızı halal edin” - Həmid Qaradəniz Azərbaycan mediası ilə vidalaşdı

91169
 

Türkiyə səfirliyinin mətbuat müşaviri Həmid Qaradəniz sosial mediadakı hesabı üzərindən vida mesajı yayımlayıb.

Sfera.az  xəbər verir ki, H.Qaradəniz vida mesajında Bakıdakı mətbuat müşavirliyi vəzifəsini tamamladığını bildirib. Qeyd edib ki, 6 ildir icra etdiyi bu vəzifəyə son verib Ankarada davam edəcək:

"Hər şeyin bir başlanğıcı və bir sonu var. Zamanım bir qədər az olduğu üçün xoş məramınıza sığınaraq sosial media üzərindən də olsa halallaşmaq istədim. Könül istərdi ki, hər birinizi, ev və iş yerlərinizi ziyarət edib vidalaşım, fəqət vaxtın qısa olduğundan buradan hamınızı sevgi, sayğı və məhəbbətlə salamlayır, hər birinizdən haqqınızı halal etməyinizi xahiş edirəm. Haqqım varsa, mən hər birinizə ayrı-ayrılıqda halal edirəm”.

Qeyd edək ki, H.Qaradəniz 2013-cü ilin yayından Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri vəzifəsində çalışırdı. O, fəaliyyətinin ilk dövründən etibarən Azərbaycan mediası ilə faydalı, sıx əməkdaşlıq əlaqələri qura bilib.

Artıq səfirliyə yeni mətbuat müşaviri təyin olunub. Belə ki, oktyabrın 11-dən etibarən səfirliyin yeni mətbuat müşaviri Hüseyin Altınalan rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. H.Altınalan bundan öncə Türkiyənin "Anadolu” Agentliyinin İstanbul bölgə müdiri vəzifəsində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO