Bakıda ərəbin bank kartından oğurluq edən azərbaycanlı HAKİM QARŞISINDA

Bakıda ərəbin bank kartından oğurluq edən azərbaycanlı HAKİM QARŞISINDA

Hazırda oxunan: Bakıda ərəbin bank kartından oğurluq edən azərbaycanlı HAKİM QARŞISINDA

91143

Xarici ölkə vətəndaşının bank kartından 27 min dollar məbləğində oğurluq etməkdə təqsirləndirilən Orxan Qafarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bizim.Media xəbər verir ki, iş üzrə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Rauf Daşdəmirovun icraatına verilib. Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq. 

İttihama görə, ötən ilin dekabrında ölkəmizdə yaşayan xarici ölkə vətəndaşı Banihashemian Seyed Mahmoud ona məxsus bank kartından 27 min dolların oğurlanması barədə polisə məlumat verib. 

Hadisəni törətməkdə şübhəli bilinən Orxan Qafarov saxlanılaraq istintaqa təhvil verilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham elan edilib. 

Eldar Məmmədli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO