ANAMA əməkdaşının Qubadlıda minaya düşməsi ilə bağlı rəsmi AÇIQLAMA

ANAMA əməkdaşının Qubadlıda minaya düşməsi ilə bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: ANAMA əməkdaşının Qubadlıda minaya düşməsi ilə bağlı rəsmi AÇIQLAMA

91131

Avqustun 30-u saat 10 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qubadlı rayon prokurorluğu yayıb.

Mənbə qeyd edir ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO