Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlandı

Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlandı

Hazırda oxunan: Növbəti tədris ilindən tətbiqinə başlanılacaq dərsliklər açıqlandı

91126

Növbəti tədris ilində bir sıra yeni dərsliklərin tətbiqinə başlanılacaq.

Bunu Bizim.Media-ya açıqlamasında Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.

O bildirib ki, bunlardan biri V siniflər üçün "Təbiət 5" dərsliyidir və bu ildən kütləvi istifadəyə veriləcək.

"Əlavə olaraq III siniflərdə "Happy Campers" ingilis dili dərsliyi keçiriləcək. Bu dərslik I-II siniflərdə tətbiq olunurdu. Həmçinin ötən illərdə pilot olaraq tədris olunan dərsliklər bu ildən kütləvi şəkildə keçiləcək. Bunlar əsasən ibtidai sinif dərslikləridir. Yuxarı siniflərdə tədris olunan dərsliklərin də bəziləri yenilənib" - deyə İnstirut direktoru bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO