Daha bir qazi yüksək vəzifəyə təyin olundu

Daha bir qazi yüksək vəzifəyə təyin olundu

Hazırda oxunan: Daha bir qazi yüksək vəzifəyə təyin olundu

91125

“Azəristiliktəchizat” ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyevin əmri ilə Balayev Səfərəli Elçin oğlu Suraxanı rayonu üzrə 12 saylı İstilik Sistemləri İstismar Sahəsinə rəis təyin edilib. 

Yeni rəis bu gün iş kollektivinə təqdim edilib. Səfərəli Balayev Füzuli, Cəbrayıl, Qubadlı və Laçının azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. 

Səfərəli Balayev Azərbaycan Neft və Sənaye Universitetinin Kimya mühəndisliyi fakültəsində ali təhsil alıb. Bu günə qədər “Azəristiliktəchizat” ASC-də müxtəlif vəzifələrdə çalışıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO