Xarici jurnalistlər ermənilərin Gəncədə törətdikləri vəhşiliklərlə tanış olub – FOTO

Xarici jurnalistlər ermənilərin Gəncədə törətdikləri vəhşiliklərlə tanış olub – FOTO

Hazırda oxunan: Xarici jurnalistlər ermənilərin Gəncədə törətdikləri vəhşiliklərlə tanış olub – FOTO

91100

Bu gün BMT-də akkreditə olunan xarici media nümayəndələri Gəncədə erməni terroru nəticəsində həlak olan şəhər sakinlərinin xatirəsini anıblar. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qonaqlar 44 günlük müharibə dövründə ermənilərin Gəncə ərazisində törətdikləri terror aktları və vandalizmlər barədə məlumatlandırılıblar. 

Bildirilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri Vətən müharibəsində beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan - “Toçka-U”, “Smerç”, “Skad” və digər raketlərlə atəşə tutub. Bu hücumlar xeyli sayda dinc insanın qətlə yetirilməsi məqsədi ilə həyata keçirilib. 
Qonaqların diqqətinə o da çatdılıb ki, 44 günlük müharibə dövründə Ermənistan cəbhədən yüzlərlə kilometr aralıda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 26 dinc sakin həlak olub, 175 nəfər yaralanıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO