“Şahdəniz”in illik iş proqramının bir hissəsi olaraq “Şahdəniz Alfa” platformasında və Səngəçal terminalındakı “Şahdəniz 1” qurğularında 2022-ci il avqustun 14-dən başlayaraq 14 gün ərzində planlaşdırılan profilaktik işlər proqramı tam şəkildə həyata keçirilib və proqram uğurla başa çatıb.
BP-dən Bizim.Media-ya bildirilib ki, proqram üzrə nəzərdə tutulan bütün işlər tam təhlükəsiz şəkildə icra olunub, platformanın və terminalın hasilat və ixrac sistemləri artıq işə salınıb. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladaq ki, planlaşdırılan profilaktik işlər proqramına Səngəçal terminalının “Şahdəniz 1” hissəsində vacib təhlükəsizlik avadanlıqlarının qabaqlayıcı profilaktikası və yoxlama işləri, məşəl kabellərinin dəyişdirilməsi, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, monoetilen glikol xəttinin təzyiq artımından qorunması üçün bəzi işlər, ventillərin dəyişdirilməsi, nukleonik mənbələrin dəyişdirilməsi və sair kimi profilaktik əməliyyatlar və yoxlamalar daxil idi.
Paralel olaraq, “Şahdəniz Alfa” platformasında da müxtəlif təmir işləri, yeni qaz analayzer avadanlıq dəstinin quraşdırılması, nukleonik mənbələrin dəyişdirilməsi, üç mürəkkəb ventil avadanlığının dəyişdirilməsi və sair kimi layihə işləri həyata keçirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:59 / 29.08.2022
“Şahdəniz”dəki profilaktik işlər BAŞA ÇATDI
Hazırda oxunan: “Şahdəniz”dəki profilaktik işlər BAŞA ÇATDI
Hazırda oxunan: “Şahdəniz”dəki profilaktik işlər BAŞA ÇATDI
91045
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.