Zərif 4 ölkəyə səfər edəcək-Səbəb Qarabağdır

Zərif 4 ölkəyə səfər edəcək-Səbəb Qarabağdır

Hazırda oxunan: Zərif 4 ölkəyə səfər edəcək-Səbəb Qarabağdır

9104

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif gələn həftə Bakı, Moskva, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır.

Bizim.Media “Mehr” agentliyinə istinadla xəbər verir ki, Zərif artıq səfərlərinin tarixinin bəlli olduğunu söyləyib: 

“Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram. Adətən, mən elan etmirəm, amma Azərbaycan, Rusiya, Ermənistan və Gürcüstana səfərlərin tarixləri artıq müəyyənləşdirilib”.

İranlı nazir vurğulayıb ki, bununla bağlı Türkiyə ilə də müzakirələr aparılır. Dünən axşam həmkarı Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.

"Dağlıq Qarabağ böhranının həllinə kömək etmək, bölgədə sülh və sabitlik yaratmaq üçün birlikdə işləyə biləcək ölkələrə səfər etmək niyyətindəyəm", - deyə o əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO