Sentyabrın 15-dən ali məktəblərdə dərslər BELƏ KEÇİRİLƏCƏK - VİDEO

Sentyabrın 15-dən ali məktəblərdə dərslər BELƏ KEÇİRİLƏCƏK - VİDEO

Hazırda oxunan: Sentyabrın 15-dən ali məktəblərdə dərslər BELƏ KEÇİRİLƏCƏK - VİDEO

91033

Bir müddət sonra Azərbaycanda yeni tədris mövsümü başlayır.

Bizim.Media xəbər verir ki, orta məktəblər kimi universitetlərin də açılmasına sayılı günlər qalıb. 

Bəs bu il ali təhsil müəssisələrində təhsil hansı qaydada ola bilər - ənənəvi , distant, yoxsa hibrit?

Mövzuya münasibət öyrənmək üçün ölkənin iki ən böyük ali təhsil müəssisəsi ilə əlaqə saxlanılıb. 

Azərbaycan Dövlət İqtisad Universitetindən bildirilibki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə məktub ünvanlayıblar. Cavaba uyğun addım atılacaq. Bakı Dövlət Universiteti də həm nazirlik, həm də daxili elmi şurasının qərarını gözləyir.

Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə  bildirdi ki, sentyabrın 15-dən bütün ali təhsil müəssisələrində dərslərə ənənəvi qaydada başlanacaq. Əgər tələbə sayı çox olan universitetlər hibrid təhsillə bağlı müraciət edərlərsə, bu məsələyə də baxılacaq. Distant təhsil isə ümumiyyətlə gözlənilmir.
Qeyd edək ki, ölkəmizdə təkcə bu il 51 min şəxs tələbə adını qazanıb.  Ümumilikdə isə 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO