Qazilərə psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəldi - FOTO

Qazilərə psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəldi - FOTO

Hazırda oxunan: Qazilərə psixoloji yardım üçün Türkiyədən mütəxəssislər gəldi - FOTO

91019

Vətən müharibəsi iştirakçılarının postmüharibə dövründə psixoloji pozuntularının aradan qaldırılması, xəsarət almış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial reabilitasiyası məsələləri daim dövlətimizin diqqətindədir.

Səhiyyə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, qazilərə proaktiv psixoloji tibbi dəstəyin göstərilməsi üçün nazirliyin dəvəti ilə 2 peşəkar mütəxəssis, Kütahya Tibb Elmləri Universitetində psixi sağlamlıq uzmanı Dr. İsmail Volkan Şahiner ilə Ankara Təhsil və Araşdırma Xəstəxanasının psixoloqu Nihan Kılıç bilik və təcrübələrini yerli mütəxəssislərlə paylaşmaq, ehtiyacı olan şəxsləri müayinə və müalicə etmək üçün Azərbaycanda səfərdədirlər.

Türkiyə Səhiyyə Nazirliyinin dəstəyi ilə 1 aylıq müddətə ölkəmizə ezam olunmuş mütəxəssislər burada intensiv şəkildə fəaliyyət göstərəcək.

Səfərin ilk günü peşəkar mütəxəssislərlə Səhiyyə Nazirliyində görüş keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO