ADA Universitetində bu gün “Beynəlxalq Liderlik Araşdırma Forumu” (BLAF) keçirilib.
Bizim.Media xəbər verir ki, foruma Azərbaycan, Gürcüstan, Finlandiya, Avstraliya, Cənubi Afrika, Norveç və Almaniyanı təmsil edən 70-dən çox yerli və xarici mütəxəssis və təhsil işçisi qoşulub.
Tədbirdə Tampere Universitetinin təhsil eksperti Elina Fonsen çıxış edib.
O, "Beynəlxalq Liderlik Araşdırma Forumu” barədə məlumat verərək qeyd edib ki, indiyədək bu forum Almaniya, Finlandiya, Cənubi Afrika, Norveçdə keçirilib və bu il Bakıda da baş tutur.
Finlandiyalı ekspert Azərbaycan və ölkəsindəki bağça və məktəbəqədər təhsili müqayisə edərkən bildirib ki, Finlandiyada daha çox uşaqlara "əylənərək öyrənmək" metodundan istifadə olunur.
Qeyd edək ki, iştirakçıların bir qismi virtual formatda forumda iştirak edərək öz məlumatlarını bölüşüblər.
Səkinə Yusibli, Rəşad Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:31 / 29.08.2022
ADA-da “Beynəlxalq Liderlik Araşdırma Forumu” keçirilib - FOTO
Hazırda oxunan: ADA-da “Beynəlxalq Liderlik Araşdırma Forumu” keçirilib - FOTO
Hazırda oxunan: ADA-da “Beynəlxalq Liderlik Araşdırma Forumu” keçirilib - FOTO
91001
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.