Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bizim.Media xəbər verir ki, hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev ittiham aktının elanını davam etdirib.
Prokuror 573 səhifəlik ittiham aktının 107 səhifəlik nəticə hissəsini elan edib.
İttiham aktında qeyd olunub ki, Tovuz rayonunda şəhid ailələrinə evlərin tikilməsi üçün dövlət büdcəsindən ayrılmış 7 milyon manatın bir qismi Səlim Müslümov vasitəsi ilə mənimsənilib.
İttihamda həmçinin qeyd olunub ki, Səlim Müslümovun himayədarlığı ilə "Nicat" MMC və "Real H" MMC-lər tenderlərdə qalib gəliblər, bununla da həmin MMC-lərin rəhbərlərindən rüşvət alınıb.
Səlim Müslümov müharibə iştirakçıları üçün tikilən evlərlə bağlı mənimsəmə faktlarına da yol verib.
Növbəti proses sentyabrın 5-də davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.
Səlim Müslümov vurduğu ziyanın 20 milyon manatını ödəyib. Onun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
Eldar Məmmədli, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:22 / 29.08.2022
Səlim Müslümov bu qurum rəhbərlərindən rüşvət alıb – Prokuror İTTİHAMI AÇIQLAYIR
Hazırda oxunan: Səlim Müslümov bu qurum rəhbərlərindən rüşvət alıb – Prokuror İTTİHAMI AÇIQLAYIR
Hazırda oxunan: Səlim Müslümov bu qurum rəhbərlərindən rüşvət alıb – Prokuror İTTİHAMI AÇIQLAYIR
90998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.