Lənkəran məktəbində direktor səlahiyyəti gözətçiyə verildi - FOTO

Lənkəran məktəbində direktor səlahiyyəti gözətçiyə verildi - FOTO

Hazırda oxunan: Lənkəran məktəbində direktor səlahiyyəti gözətçiyə verildi - FOTO

90973

Lənkəran rayonu Ə.Nəsirov adına Tütəpeştə kənd ümumi orta məktəbində direktor səlahiyyəti gözətçiyə həvalə olunub.

Bizim.Media xəbər verir ki, məktəbin direktoru Rövşən Əliyev məzuniyyətdə olduğu üçün onun səlahiyyətlərini məktəbin gözətçisi icra edib.

Belə ki, direktora məktub ünvanlayan müəllimlərdən birinə cavab qarovulçu adından verilib.

Mövzu ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi oxu.az-a bildirib ki, bütün pedaqoji və texniki işçilər məzuniyyətdə olduğu, məktəbin də təsərrüfat müdiri olmadığından müvəqqəti olaraq səlahiyyət gözətçiyə həvalə olunub:

“Hazırda direktorun məzuniyyət vaxtı bitib və işindədir. Vətəndaş yenidən müraciət edə bilər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO