Yazıçılar Birliyinin qurultayı TƏXİRƏ SALINDI  – Özəl AÇIQLAMA 

Yazıçılar Birliyinin qurultayı TƏXİRƏ SALINDI  – Özəl AÇIQLAMA 

Hazırda oxunan: Yazıçılar Birliyinin qurultayı TƏXİRƏ SALINDI  – Özəl AÇIQLAMA 

90940

Sentyabrın 30-na planlaşdırılan Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayının vaxtı dəyişdirilib.

Bu barədə Bizim.Media-ya AYB-nin mətbuat katibi Xəyal Rza bildirib. Onun özlərinə görə qurultayın vaxtı oktyabrın 5-nə təyin olunub:

“Sentyabrın 30-da Milli Məclisin iclası olacaq. Qurultaya Yazıçılar Birliyinin üzvü olan millət vəkillərini də dəvət edəcəyimizdən vaxtı dəyişmişik”. 

Xəyal Rza onu da əlavə edib ki, hələki AYB-nin sədr postuna yeni seçkidə iştirak üçün Anar Rzayevdən başqa namizədliyini irəli sürənlər yoxdur. 

Qeyd edək ki, bəzi mülahizələrə görə Yazıçılar Birliyinin başına daha gənc rəhbər seçiləcək. Qurultay Bakıda keçiriləcək.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO