Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 bioloji nümunə toplanılıb

Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 bioloji nümunə toplanılıb

Hazırda oxunan: Qarabağda itkin düşənlərin ailə üzvlərindən 700 bioloji nümunə toplanılıb

90907

700 bioloji istinad nümunəsi, 90-cı illərdə baş vermiş döyüş əməliyyatlarında itkin düşmüş şəxslərin 303 ailə üzvündən toplanılıb.

Bizim.Media xəbər verir ki, bu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) 2022-ci ilin yanvar – iyun ayları ərzində həyata keçirdiyi fəaliyyətlərə dair statistik məlumatda qeyd olunur.

Bildirilir ki, bu nümunələr mümkün ekshumasiya zamanı identikifasiyaya dəstək üçün istifadə edilə bilər. Proses ərzində 47 ailə üzvünə psixo-sosioloji dəstək göstərilib. 
7 superviziya sessiyası bioloji istinad nümunələri götürülərkən itkin düşmüş şəxslərin ailə üzvlərinə dəstək göstərən müşayiətçilər üçün keçirilib.

İtkin düşmüş şəxslərin taleyinin və olduğu yerinin müəyyən olunması tədbirlərində iştirak edən müxtəlif milli qurumlardan 53 nümayəndə üçün növbəti mövzularda 3 beş günlük kurs keçirilib: İnsan qalıqlarının götürülməsi, təməl osteoloji təhlil və məhkəmə arxeologiyası üzrə maarifləndirmə.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO