Bərdə rayonunda 15 yaşlı qıza qarşı zorakılıq edərək videoya çəkən şəxslər həbs edilib.
Bizim.Media xəbər verir ki, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Trend.az-a verilən məlumata görə, 15 yaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edən 3 nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.
Qeyd edək ki, Bərdədə 2007-ci il təvəllüdlü qıza qarşı qeyri-etik və zorakılıq hərəkətləri edən şəxslər bu əməllərini videoya çəkərək yayıblar.
MÖVZU İLƏ BAĞLI:
Bərdədə məktəbli qıza zorakılıq edən şəxsin atasının dükanına basqın edildi – VİDEO
Hadisədən xəbər tutan qızın ailəsi rayon polis şöbəsinə məlumat verib.
Faktla bağlı Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Bizim.Media