Xırdalanda TƏHLÜKƏ son anda belə sovuşduruldu - VİDEO

Xırdalanda TƏHLÜKƏ son anda belə sovuşduruldu - VİDEO

Hazırda oxunan: Xırdalanda TƏHLÜKƏ son anda belə sovuşduruldu - VİDEO

90887

Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərriki asılı vəziyyətdə qalıb.

Bizim.Media xəbər verir ki, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onbirmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qalması və hər an qırılaraq ətrafdakı insanlar üçün təhlükə törətmə riskinin yüksək olduğu müəyyən edilib. 
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO