Gəncənin yolları müasir SİSTEMLƏ İŞIQLANDIRILACAQ

Gəncənin yolları müasir SİSTEMLƏ İŞIQLANDIRILACAQ

Hazırda oxunan: Gəncənin yolları müasir SİSTEMLƏ İŞIQLANDIRILACAQ

90884

Gəncə şəhərində icra olunan müasir küçə işıqlandırılması sistemlərinin qurulması layihəsi çərçivəsində bu günədək 400-ə yaxın küçədə 7650 işıq dirəyi quraşdırılaraq, qismən istifadəyə verilib.

Bizim.Media-nın yerli bürosuna bu məlumatı Gəncə şəhər İcra Hakimiyyətindən veriblər.

Bildirildiyinə görə, şəhər ərazisində ümumi uzunluğu 245 kilometr olan kabel xəttinin çəkilməsi, 8155 ədəd işıq dirəyinin quraşdırılması nəzərdə tutulur.

Cari ilin sonunadək icra olunacaq növbəti mərhələdə daha 300 küçədə işıq dirəklərinin quraşdırılması, güc kabellərinin çəkilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində aparılan yoxlama və quraşdırma işləri tam yekunlaşdıqdan sonra, yeni işıq dirəkləri quraşdırılmış bütün ərazilərə enerjinin verilişi təmin olunacaq.

Bir neçə mərhələdə icra olunan layihənin sonunda Gəncə şəhərinin bütün küçə və prospektlərində müasir küçə işıqlandırılması sistemi qurulacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO