Laçında “qədim” erməni kilsəsi sürgün edilən azərbaycanlının evinin yerində tikilib – FOTOFAKTLAR

Laçında “qədim” erməni kilsəsi sürgün edilən azərbaycanlının evinin yerində tikilib – FOTOFAKTLAR

Hazırda oxunan: Laçında “qədim” erməni kilsəsi sürgün edilən azərbaycanlının evinin yerində tikilib – FOTOFAKTLAR

90829

Avqustun 18-də ermənilər Laçında Azərbaycanın bu şəhərinin işğalı illərində tikilmiş kilsədə sonuncu ibadət mərasimini keçiriblər.

Bizim.Media xəbər verir ki, ermənilərin “tarixi abidə” kimi təqdim etməyə çalışdıqları kilsə 1996-98-ci illərdə Laçın sakini Qubad İbrahimovun evinin yerində tikilib.

Həmin şəxs azərbaycanlı jurnalistlərə açıqlamasında uzun illər Laçında, Şuşada, Xankəndində tikinti sektorunda rəhbər vəzifələrdə çalışdığını deyib. 1988-ci ildə Qubad İbrahimov Laçında Həzi Aslanov küçəsi-35 ünvanında fərdi yaşayış evi tikdirib, bütün müvafiq sənədləri mətbuata göstərib.

Qudab İbrahimov hesab edir ki, evinin yerindəki qanunsuz tikili sökülməlidir. O, erməni qanunsuz tikilisini sökəndən sonra öz torpağında evinin tikilməsində israr etmir.

Qubad İbrahimovun sözlərinə görə, Laçında demək olar ki, hər şey yenidən qurulmalı və onun yerində nə tikiləcəyi ilə bağlı qərarı Azərbaycanın dövlət qurumları verməlidir.

“Bizim əsas məqsədimiz ermənilərin Laçında guya “qədim kilsə” olması ilə bağlı beynəlxalq təbliğatını ifşa etməkdir. Bu məsələni cəmiyyətdə və mediada mümkün qədər işıqlandırmaq, beynəlxalq strukturları məlumatlandırmaq lazımdır. Çünki işğal olunmuş ərazilərdə tikinti işlərinin aparılması beynəlxalq hüquqa ziddir”, – Qubad İbrahimov Moderator.az portalının jurnalisti ilə söhbətində bildirib.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO