Hacıqabulda qəza: İki bacı xəsarət aldı

Hacıqabulda qəza: İki bacı xəsarət aldı

Hazırda oxunan: Hacıqabulda qəza: İki bacı xəsarət aldı

90782

Hacıqabulda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim Media-nın Cənub bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, 1969-cu il təvəllüdlü Əliyeva Məhəbbət Yaqub qızı və onun bacısı, 1974-cü il təvəllüdlü Əliyeva Aynur Yaqub qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki bacı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO