Yeni tədris ili ərəfəsində Bakının kirayə mənzil bazarında tələb çox, evlərin sayı isə azdır.
Bizim.Media xəbər verir ki, tələbələrdən kifayət qədər müraciətlər daxil olsa da, kirayə mənzillərin sayı əvvəlki aylarla müqayisədə dəfələrlə azdır.
Həmçinin, mənzillərin sayının azlığı qiymətlərə də təsir edib.
Mütəxəssislər əlavə ediblər ki, kirayə mənzil bazarında qiymət artımı paytaxtın bütün zonalarında müşahidə edilir. Belə vəziyyətin minimum 1-2 ay davam edəcəyi proqnozlaşdırılır.(Xəzər Xəbər)
Bizim.Media