Şabranda azyaşlının ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

Şabranda azyaşlının ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

Hazırda oxunan: Şabranda azyaşlının ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI

90747

Şabranda azyaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası  ilə bağlı Baş Dövlət Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb.

Bizim.Media xəbər verir ki, qəzanı törədən "Toyota Prius"markalı avtomobilin sürücüsü, Bakı sakini İqor Skokov Xaçmaza sərnişin gətirib və hadisə geri dönərkən baş verib.

MÖVZU İLƏ BAĞLI:

Şabranda "Prius" 11 yaşlı uşağı vurub öldürdü


Qeyd edək ki, qəza Gəndab-Yalama yolunun 4-cü km-də, Şabranın Ağalıq kəndi ərazisində qeydə alınıb.

"Toyota Prius"markalı avtomobil 11 yaşlı kənd sakini Hacıbaba Ağayevi vurub. O, aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Aytəkin Alxaslı, Bizim.Media - Şimal Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO