Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar

Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar

Hazırda oxunan: Şuşaya səfər edən diplomatlar Cıdır düzündə olublar

90735

Şuşaya səfər edən Azərbaycanda rezident əsasda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Cıdır düzündə olublar.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Cıdır düzü barədə diplomatlara məlumat verib.

A.Kərimov deyib ki, işğal aradan qaldırıldıqdan sonra Şuşada 30 ildir keçirilməyən mədəni tədbirlər bərpa olunub, Cıdır düzündə "Xarı Bülbül" festivalı keçirilib.

O əlavə edib ki, Azərbaycan hərbçiləri Cıdır düzündən, buradakı qayalıqlardan çıxaraq şəhərə daxil olub, onu azad ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO