Üst qonşudan evinizə su damırsa, nə etməli? – Hüquqşünas çıxış yolunu İZAH EDİR

Üst qonşudan evinizə su damırsa, nə etməli? – Hüquqşünas çıxış yolunu İZAH EDİR

Hazırda oxunan: Üst qonşudan evinizə su damırsa, nə etməli? – Hüquqşünas çıxış yolunu İZAH EDİR

90711

“Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” deyimi hər birimizə tanış, bəzilərimizə isə sözün həqiqi mənasında doğmadır. Amma bunu çoxmərtəbəli binalarda yaşayanların hamısına aid etmək olmaz. Əsas da bu qonşu sizdən üst mərtəbədə yaşayırsa. Elə şikayətçi Şəhla Əliyevanın üst mərtəbədə yaşayan qonşusu kimi...

Şəhla xanımın sözlərinə görə, üst qonşu daimi olaraq evlərinə su axıdır, xəbərdarlıq edilsə də buna məhəl qoyulmur:

“Dəfələrlə xəbərdarlıq edilib ancaq heç bir tədbir görməyib. Son 2 ildə mənzili 2 dəfə təmir etdirmişik. 20 gün əvvəl yenə gecə yarısı su axmağa başladı bu dəfə artıq gəlib remont etməsini tələb etdim. Dedi siz ustanı çağırın mən ödəyəcəm. Ancaq indi nə qapını açır nə telefona cavab verir”.

Məsələ qəlizdir və belə bir halda zərəçəkən şəxs hansı addımı atmalıdır?

Hüquqşünas Əlövsət Allahverdiyev Bizim.Media-ya verdiyi açıqlamada mövzuya aydınlıq gətirib.

Onun sözlərinə görə, üst qonşunun evindən aşağıdakı mənzilə su axıdılması halı baş verdikdə, 2 yolla problemi həll etmək mümkündür. Biri hüquqi, digəri isə mənəvi aspektdə:

“Məsələnin hüquqi tərəfi budur ki, vətəndaşa zərər dəyibsə, bu öncə sübuta yetirilməlidir, daha sonra dəymiş zərərin məbləği təyin olunmalıdır. Mülki Məcəllənin tələbinə görə, sahə üzrə mənzil istismar birliyinin mütəxəssisləri mənzilə baxış keçirməlidir. Bundan sonra təyin olunan məbləğ mütləq şəkildə zərərçəkənə ödənilməlidir. Lakin mənəvi tərəfdən bu məsələyə yanaşsaq, əgər qonşuya həqiqətən zərər vurulubsa, insan özü insafən bunu düşünüb, qonşu şikayət etmədən belə zərəri ödəməlidir.

Və beləcə nə qonşuluq münasibətlərinə xələl gələr, nə də ki, məhkəməyə müraciət etməyə lüzum qalar”, - deyən Ə.Allahverdiyev əks halda zərər vuran şəxs dəymiş zərəri ödəməkdən imtina edərsə, bu zaman mülki işin cinayət işinə çevrilə biləcəyini də qeyd edib.
Digər bir çıxış yolu isə mənzilin, təmirin və müxtəlif əşyaların sığorta edilməsidir. Mənzil sığortalananda Şığorta Şirkəti özü gəlib ziyanı qiymətləndiri, səyən ziyanı ödəyir və ziyan vuranla məsələni özü məhkəmə və ya mütəxəssisləri vasitəsi ilə həll edir.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO