Avqustun 26-sı günorta saatlarında Goranboy rayonu ərazisində baş vermiş avtoqəza nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vahid Ərəblinskinin dəfn mərasimi keçirilib.
Bizim.Media-nın şimal bürosu xəbər verir ki, o, Zaqatalanın Aşağı Tala kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində Ərəblinskinin hərbçi yoldaşları, qulluq etdiyi hərbi hissənin əməkdaşları, qazilər və şəhid ailələri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışında komandiri ona şəhid statusu verilə biləcəyini deyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu